Naxçıvanın xarici ticarət dövriyyəsi açıqlandı

Naxçıvanın xarici ticarət dövriyyəsi açıqlandı
  20 Mart 2021    Oxunub:2028
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin yanvar-fevral aylarında 56 milyon 280 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 340 min 900 ABŞ dolları təşkil edib, 18 milyon 401 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Azvision.az


Teqlər: Naxçıvan   Xarici-ticarət  





Xəbər lenti