Güləşçimiz erməni rəqibini məğlub etdi

   Güləşçimiz erməni rəqibini məğlub etdi
  19 Mart 2021    Oxunub:2310
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
Azvision.az -ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.

İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoevə rəqib olub.

Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti