BMT-də Xocalı faciəsinə statuslu məhkəmə yaradılmalıdır

BMT-də Xocalı faciəsinə statuslu məhkəmə yaradılmalıdır
  25 Fevral 2014    Oxunub:1229
Moldova ombudsmanı: BMT-də Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin, Milli QHT Forumunun və Mətbuat Şurasının birgə təşkilatcılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilibr.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri və jurnalistlər iştirak etmişlər.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən, Azərbaycan dövlətinin və qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyətlərindən danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu istiqamətdə mühüm uğurların əldə edildiyi vurğulayıbr. R.Zeyni demişdir ki, Xocalı soyqırımının bir neçə ölkənin parlamentində tanınmasına baxmayaraq, əksər dövlətlər bu məsələdə hələ də ikili standartlardan çıxış edir. Ümid edirik ki, haqq-ədalət tezliklə öz yerini tapacaq, beynəlxalq ictimaiyyət Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verəcək və bu faciəni törədənlər cəzalandırılacaqlar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov demişdir ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir. Tarixə ekskursiya etsək görərik ki, istər 1905-1907-cı illərdə, istərsə də II Dünya müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunmuş, qətlə yetirilmişlər. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı törətmişlər. Xocalı qəliamı isə bu soyqırımıların zirvəsində dayanır. Ə.Amaşov vurğulamışdır ki, Azərbaycanın qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bununla da bütün dünya mənfur düşmənin simasını daha yaxşı tanıyacaqdır.

Moldova ombudsmanı Aureliya Qriqoriu bildirib ki, Xocalı həqiqətlərini beynəlxalq tribunala çıxarsaq bunun nə qədər böyük bir faciə olduğunu dünyaya çatdırmış olarıq. O demişdir: “Mən İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. İyirmi iki il keçməsinə baxmayaraq, bu faciəyə siyasi-hüquqi qiymət verilməyib. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır.

Ermənilərin bir daha Azərbaycanla bağlı çirkin əməllər törətməsinə imkan verilməməlidir. Artıq ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir”.

Sonda BMT-yə, Avropa Şurasına, ATƏT-ə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət qəbul olunub.




Teqlər:  





Xəbər lenti