Paralimpiyaçımız Tunisdə çempion oldu

Paralimpiyaçımız Tunisdə çempion oldu
  19 Mart 2021    Oxunub:2451
Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.
Azvision.az -ın məlumatına görə, F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 metr nəticə göstərib.

Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Azvision.az


Teqlər: Paralimpiya  





Xəbər lenti