Dünya iqtisadiyyatında 4,7 faizlik artım gözlənilir

Dünya iqtisadiyyatında 4,7 faizlik artım gözlənilir
  19 Mart 2021    Oxunub:2143
2020-ci illə müqayisədə bu il dünya iqtisadiyyatında 4,7 faizlik artım ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunan məruzəsində deyilir.

Sənəd müəlliflərinin sözlərinə görə, artım vaksinasiyada irəliləyişin qeydə alındığı və iqtisadiyyatın stimullaşdırılması üçün 1,9 trilyon dollarlıq tədbirlər paketinin elan olunduğu Birləşmiş Ştatların sürətli bərpası ilə izah edilir.

Bununla yanaşı, ekspertlərin hesablamalarına görə, 2021-ci ildə dünya iqtisadiyyatı koronavirus pandemiyasından öncə dünyadakı inkişaf tendensiyasının zəifləməsi səbəbindən təxminən 10 trilyon dollar itirib.

Azvision.az


Teqlər: BMT   İqtisadiyyat  





Xəbər lenti