Messi daha bir rekorda imza atdı

Messi daha bir rekorda imza atdı
  18 Mart 2021    Oxunub:2117
İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi cari mövsümdə Avropanın “Top-5” çempionatında daha çox görüşdə ən yaxşı oyunçu seçilməklə yeni rekord müəyyənləşdirib.
Azvision.az xəbər verir ki, argentinalı hücumçu 16 oyunda matçın ən yaxşısı seçilib. Bu göstərici üzrə ikinci yerdə “Tottenhem”in forvardı Harri Keyn (10 dəfə) qərarlaşıb. İlk üçlüyü “Vilyarreal”ın hücumçusu Xerard Balaqero (9) tamamlayıb.

Dördüncü və beşinci pillələri “Bavariya”nın futbolçusu Robert Levandovski (8), “Napoli”nin kapitanı Lorenzo İnsinye (8) bölüşüblər. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə bu göstəriciyə görə 18-ci yerdədir.

Azvision.az


Teqlər: LionelMessi  





Xəbər lenti