Türkiyə kubokunda finalçılar müəyyənləşdi

Türkiyə kubokunda finalçılar müəyyənləşdi
  18 Mart 2021    Oxunub:1945
Futbol üzrə Türkiyə kubokunda finalçılar müəyyənləşib.
Azvision.az xəbər verir ki, kubokun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Antalya təmsilçisinin heyətində qolları Lukas Podolski və Hakan Özmert vurublar.

Bu qələbə nəticəsində "Antalyaspor" finalda "Beşiktaş"a rəqib olub.

Azvision.az


Teqlər: Türkiyə   Futbol   Kubok  





Xəbər lenti