Lisenziya turniri: Güləşçilərimizin rəqibləri məlum oldu
Yarışın proqramına əsasən martın 18 - 19-da sərbəst, 19 - 20-də qadın, 20 - 21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Sərbəst güləş
Kişilər
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)
Qadınlar
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)
Yunan-Roma güləşi
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)
87 kq
1/8 final: İslam Abbasov - Şimon Şimonoviç (Polşa) / Daniel Aleksandrov (Bolqarıstan)
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)
Qeyd edək ki, yarış sabah Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Məsul yarışda I-S kateqoriyalı hakim Asif Şirəliyev də ədaləti qoruyacaq.
Azvision.az
Teqlər: Güləş