Əli Əsədov türkiyəli naziri qəbul edib

Əli Əsədov türkiyəli naziri qəbul edib
  17 Mart 2021    Oxunub:2064
Martın 17-də Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti