Məmməd Musayev Məşvərət Şurasına üzv seçildi

Məmməd Musayev Məşvərət Şurasına üzv seçildi
  17 Mart 2021    Oxunub:2501
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İtaliya-Azərbaycan Ticarət Palatasının Məşvərət Şurasına üzv seçilib.
ASK-dan Azvision.az -a verilən məlumata görə, bununla bağlı Palatanın prezidenti Manuela Traldi ASK prezidentinə rəsmi məktub göndərib.

“Ticarət Palatamızın Azərbaycan ilə İtaliya arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrini genişləndirməyə böyük töhfə verəcəyinə inanırıq”, – deyə vurğulayan xanım Traldi bu münasibətlə İdarə Heyəti adından M.Musayevi təbrik edərək, MŞ-nın proqramı ilə bağlı məlumat verib.

Bu ilin oktyabr ayında İtaliyanın paytaxtı Romada Böyük 20-lik ölkələrinin (G20) növbəti sammiti keçiriləcək. Bununla əlaqədar İtaliyadakı biznesə dəstək qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və həyata keçiriləcək tədbirlərdə ASK-nın iştirakı Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük önəm daşıyır.

ASK 1999-cu ildən fəaliyyət göstərir. Konfederasiya 6 mindən çox sahibkarı, 42 asossasiyanı ətrafında birləşdirir, Azərbaycanın rayonlarında 41, xarici ölkələrdə isə 20 nümayəndəsi ilə təmsil olunur.

Azvision.az


Teqlər: Azərbaycan   İtaliya   Məşvərət   Şura  





Xəbər lenti