Sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib

   Sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib
  16 Mart 2021    Oxunub:1989
COVID-19 pandemiyası ilə mübarizədə dəstək mexanizmi olan sahibkarların mövcud 1 mlrd. manat kredit portfeli üzrə 100 mln. manat həcmində faiz subsidiyası verilir.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

Nazir bildirib ki, indiyədək bu məbləğin 34,3 mln. manatı sahibkarlıq subyektlərinə ödənilib.

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazir   Mikayıl-Cabbarov  





Xəbər lenti