“Neftçi” Keysuke Honda ilə müqavilə imzalayıb

“Neftçi” Keysuke Honda ilə müqavilə imzalayıb
  15 Mart 2021    Oxunub:3331
“Neftçi” klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.
Azvision.az klubun saytına istinadla xəbər verir ki, müqavilənin imzalanması mərasimindən sonra 35 yaşlı yaponiyalı yarımmüdafiəçiyə “Neftçi”nin heyətində çıxış edəcəyi 4 nömrəli forma təqdim olunub.

Klubun prezidenti Kamran Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzalandığını və lazım gələrsə müqavilənin müddətinin uzadıla biləcəyini vurğulayıb. O, K.Hondanın yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Keysuke Honda Yaponiya millisinin heyətində keçirdiyi 98 oyunda 37 qol vurub. O, İtaliyanın “Milan” klubu ilə yanaşı, Niderlandın “Venlo”, “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib.

Ulduz futbolçunun sonuncu dəfə Portuqaliyanın “Portimonense” klubu ilə müqavilə imzalasa da fevralın 11-də bu klubla yollarını ayırıb.

Azvision.az


Teqlər: Neftçi   Futbolçu  





Xəbər lenti