AQTA 1300-dən çox nöqsan aşkarladı

AQTA 1300-dən çox nöqsan aşkarladı
  15 Mart 2021    Oxunub:1641
1 fevral - 14 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 662 monitorinq həyata keçirib və 1 307 nöqsan aşkarlayıb.
Azvision.az AQTA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilib.

Ən çox aşkar olunmuş nöqsanlar:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 1110 (84 %);

- İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59 336 monitorinq həyata keçirilib və 3408 nöqsan aşkar edilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti