Millimizin hücumçusu “Krasnodar”a keçdi

Millimizin hücumçusu “Krasnodar”a keçdi
  15 Mart 2021    Oxunub:1613
Azərbaycanın qadınlardan ibarət futbol üzrə milli komandasının üzvü Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna keçib.
Azvision.az -ın məlumatına görə, 27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. S.Cəfərzadə Krasnodar komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Cəfərzadə 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. O, əsas milliyə 2010-cu ildən dəvət alır.

Azvision.az


Teqlər: Milli   Futbolçu  





Xəbər lenti