Şəhriyar Məmmədyarov Aronyanı məğlub etdi

 Şəhriyar Məmmədyarov Aronyanı məğlub etdi
  14 Mart 2021    Oxunub:3820
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi olan “Meltvater” turnirinə start verilib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov birinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya nümayəndəsi Daniil Dubov olacaq.

Digər şahmatçımız Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. O, növbəti görüşdə argentinalı Alan Piçota qarşı mübarizə aparacaq.

Qeyd edək ki, martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı iştirak edir.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti