KOBİA özəl qiymətləndiricilərə müraciət edib

KOBİA özəl qiymətləndiricilərə müraciət edib
  10 Mart 2021    Oxunub:1664
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özəl qiymətləndiricilərə müraciət edib.
KOBİA-dan Azvision.az -a bildirilib ki, martın 15-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişikliklər” mövzusunda onlayn forum keçiriləcək. Özəl qiymətləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi və mövcud qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi məqsədilə təşkil ediləcək tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı nəzərdə tutulur.

KOBİA-nın dəstəyi, İctimai Şuranın təşkilatçılığı və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən sahibkarlar və ya tədbirlə bağlı sualı olanlar aşağıdakı telefon nömrələrinə müraciət edə bilərlər:

(+994) 50 7117077

(+994) 50 2277077

Qeydiyyat üçün: https://forms.gle/RJUfjtuBwi5X3Fxu6

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti