Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı
  10 Mart 2021    Oxunub:3250
Əvvəlki aylarda olduğu kimi, mart ayında da əhaliyə pensiyaların ödənilməsi vaxtından əvvəl başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb, istəklərinə uyğun olaraq kənd məntəqələrində yaşayan pensiyaçılara isə poçt bölmələri vasitəsilə ödənilib.

Qeyd olunub ki, hazırda məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər davam etdirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti