Buğda idxalı 3 il ƏDV-dən azad edilib

Buğda idxalı 3 il ƏDV-dən azad edilib
  10 Mart 2021    Oxunub:1816
Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 3 il artırılıb.

Azvision.az


Teqlər: Buğda  





Xəbər lenti