“Aİ şirkətlərinin 80%-dən çoxu Azərbaycanı seçir” - Nazir

 “Aİ şirkətlərinin 80%-dən çoxu Azərbaycanı seçir” -   Nazir
  09 Mart 2021    Oxunub:3495
Bu gün “Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycanda təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçmək niyyətini ifadə edib: "Ötən il bu göstərici 75% təşkil edirdi. Bu, dövlətimizin artan nüfuzunun daha bir göstəricisidir”.

Azvision.az


Teqlər: İqtisadiyyat    





Xəbər lenti