Benzema “Real”ı məğlubiyyətdən xilas etdi

Benzema “Real”ı məğlubiyyətdən xilas etdi
  08 Mart 2021    Oxunub:4113
İspaniya La Liqasında 26-cı turun mərkəzi görüşü keçirilib.
Azvision.az xəbər verir ki, bu gün Madridin “Atletiko” və “Real” komandaları üz-üzə gəliblər.

Gərgin anlarla yadda qalan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Real”ın hücumçusu Kərim Benzema 88-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Madrid təmsilçiləri hərəyə bir xalla kifayətlənməli olublar.

Qeyd edək ki, bu oyundan sonra xal ehtiyatını 59-a çatdıran “Atletiko” turnir cədvəlində liderliyini davam etdirir. İkinci yerdə 56 xalla “Barselona”, üçüncü sırada isə 54 xalla “Real Madrid” qərarlaşıb.

Azvision.az


Teqlər: Madrid   Futbol  





Xəbər lenti