“Milan” lider “İnter”lə xal fərqini azaltdı

  07 Mart 2021    Oxunub : 1935
“Milan” lider “İnter”lə xal fərqini azaltdı
Futbol üzrə İtaliya A Seriyasında 26-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Milan” komandası səfərdə “Hellas Verona” ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” lider “İnter”lə xal fərqini azaldıb. Hazırda “İnter”in 59 xalı var.

Azvision.az

Teqlər: Milan   İnter