Türkiyədə koronavirusdan ölüm sayı 29 mini keçdi

  07 Mart 2021    Oxunub : 2451
   Türkiyədə koronavirusdan ölüm sayı 29 mini keçdi
Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 187 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 780 417, pandemiya qurbanlarının sayı isə 29 030 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 623 924 pasiyent (son sutkada 7785 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus