Britaniyada 22 milyondan çox insan peyvənd olunub

Britaniyada 22 milyondan çox insan peyvənd olunub
  08 Mart 2021    Oxunub:3387
Böyük Britaniyada 22 milyondan çox insana koronavirus əleyhinə peyvəndin birinci dozası, 1 milyon 890 min 840 nəfərə isə ikinci doza vurulub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn həftədən etibarən Britaniyada 56-59 yaşarası vətəndaşlara peyvəndin birinci dozası vurulacaq.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. İndiyədək Britaniyada 4 milyondan çox insan virusa yoluxub, 125 min nəfər dünyasını dəyişib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti