Suriyada iki avtobus minaya düşdü - 18 nəfər öldü

Suriyada iki avtobus minaya düşdü -  18 nəfər öldü
  07 Mart 2021    Oxunub:3295
Suriyanın Xama əyalətində partlayış olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Salamiya şəhərindən şərqdə yerləşən kənddə baş verib.

İki avtobusun minaya düşərək partlaması nəticəsində azı 18 mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə qeydə alınan ərazinin İŞİD üzvləri tərəfindən minalandığı ehtimal edilir.

Azvision.az



Teqlər: Suriya   Partlayış  





Xəbər lenti