Azərbaycan atleti Avropa ikincisi oldu

Azərbaycan atleti Avropa ikincisi oldu
  07 Mart 2021    Oxunub:3779
Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa çempionatında gümüş medal qazanıb.
Azvision.az xəbər verir ki, təmsilçimiz üçtəkanla tullanma yarışında 17,04 metrlik nəticə göstərib. Bununla da o, mövsüm ərzində özünün ən yaxşı nəticəsinə imza atıb.

Bu yarışda qızıl medala Portuqaliyanı təmsil edən kubalı Pedro Pablo Piçardo nail olub. O, 17,30 metrlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medala layiq görülüb.

Azvision.az


Teqlər: AleksisKopello  





Xəbər lenti