Azvision.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) ilk görüşündə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kaljualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal görüşündə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyevlə qarşılaşacaq.
Uşangi Kokauri (+100 kq yuxarı) isə əvvəlcə Vinçentso Darko (İtaliya), daha sonra rusiyalı Anton Krivobokov və dörddəbir finalda finlandiyalı Marti Pyymalayneni məğlub edib. Yarımfinalda yaponiyalı Kokoro Kaqeyreyə uduzan idmançımız üçüncü yer uğrunda koreyalı Kim Minjonq ilə mübarizə aparacaq.
Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) isə ilk qarşılaşmada Otqonbatar Xlaqvasurenə (Monqolustan) məğlub olub.
Qeyd edək ki, komandamızın aktivində cəmi 1 medal var. Yığmamızın hesabına bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb.
Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.
Azvision.az