Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

  07 Mart 2021    Oxunub : 1984
Cüdoçularımız ilk görüşlərində qələbə qazandı
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxıb.
Azvision.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerova ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.

100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla məğlub edib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.

100 kq çəkidə isə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə bu gün yekun vurulacaq.

Azvision.az

Teqlər: Cüdo   Böyük-Dəbilqə