Fransada 23 mindən çox yeni yoluxma aşkarlandı

  07 Mart 2021    Oxunub : 1933
Fransada 23 mindən çox yeni yoluxma aşkarlandı
Fransada ötən sutka ərzində yeni növ koronavirusa 23 306 yoluxma halı qeydə alınıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 3 882 408 nəfərə çatıb.

Fransada son 24 saatda 170 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Pandemiya qurbanlarının ümumi sayı 88 444 nəfərə yüksəlib.

Azvision.az

Teqlər: Fransa   Koronavirus