Paraqvay prezidenti nazirlərin hamısını istefaya göndərir

  07 Mart 2021    Oxunub : 1922
Paraqvay prezidenti nazirlərin hamısını istefaya göndərir
Paraqvay Prezidenti Mario Abdo Benitez ölkədə başlayan etiraz aksiyaları ilə əlaqədar hökumətdə dəyişikliklər etmək üçün bütün nazirlərdən istefa vermələrini istəyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Paraqvayın informasiya və rabitə naziri Manuel Brunetti bildirib.

"Prezident vətəndaşları eşitdi. Kabinetindəki bütün nazirlərdən istefa ərizələrini ona təqdim etmələrini istədi. Prezident dəyişiklikləri elan edəcək", - nazir deyib.

Onun sözlərinə görə, Mario Abdo Benitez yeni təyinatları günün sonuna qədər açıqlayacaq.

Azvision.az

Teqlər: Paraqvay   Nazir   İstefa