“Zirə” yeni hücumçu ilə müqavilə bağladı

  06 Mart 2021    Oxunub : 2984
“Zirə” yeni hücumçu ilə müqavilə bağladı
“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Rodriqo Bonqonquini transfer edib. 28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.

Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.

Azvision.az

Teqlər: “Zirə”