Rüstəm Orucov “Böyük dəbilqə”də üçüncü oldu

Rüstəm Orucov “Böyük dəbilqə”də üçüncü oldu
  06 Mart 2021    Oxunub:3667
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.

Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti