İstanbulda Xocalı yürüşü – VİDEO

İstanbulda Xocalı yürüşü – VİDEO
  24 Fevral 2014    Oxunub:1058
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Xocalı soyqırımının 22-ci ildönümü artıq dünyanın bir sıra ölkələrində anılmağa başlayıb. Ən böyük anım mərasimlərindən biri isə bu dəqiqələrdə İstanbulun mərkəzində baş tutur. Daha ətrafli Türkiyə büromuzun müxbiri Pərviz Sultansoy danışacaq.

"Bu gün İstanbulda Xocalını anım münasibətilə yürüş təşkil olunub. Xatırlatmaq istəyirəm ki, yürüşün təşkilatçıları Türkiyədəki Azərbaycan dərnəkləri və əsas təşkilatçısı Karakalpaklılar dərnəyinin üzvləridir. Hazırda təxminən iki min insan toplaşıb. Bunların böyük əksəriyyəti burda yaşayan azərbaycanlılar və azərbaycanlı tələblərdir. Aksiyada bir çox şüarlar səsləndirilir: “Bizim üçün Xocalı Kəbədir”, “Xocalı soyqırımını dünyaya haykırmak lazımdı”. Bir az sonra isə yürüş başlayacaq. Yürüş məhz “Şişli”məscidinin önündən İstanbul mərkəzi Necdiyyə köy tərəfə ediləcək. Öncə təşkilatçılar yürüşün Taksimə doğru olacağını bildirmişdilər. Amma Türkiyədə baş verən hadisələrdən dolayı Taksimə yürüş qadağan olunduğundan yürüşün səmti dəyişdirildi".




Teqlər:





Xəbər lenti