“Son tendensiya neft ölkələri üçün arzuolunandır” - Vüqar Bayramov

 “Son tendensiya neft ölkələri üçün arzuolunandır” -  Vüqar Bayramov
  05 Mart 2021    Oxunub:3683
Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi. Artıq "Brent" markalı neftin 1 barelinin qiyməti 67 dollardan baha satılır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır.

"Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayında gündəlik neft hasilatı 1,4 milyon barel artırılsa belə bazarda təklif kəskin artmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanılmasına imkan verəcək. Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır.

2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

Azvision.az


Teqlər: Neft   Qiymət   OPEC+  





Xəbər lenti