İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirildi
"Polis avtobusları o qədər çoxdur ki, hətta tıxac var. İskov prospekti boyunca tikanlı məftillər gətirilib. Həmin prospektdə, Polis Akademiyasının qarşısındakı küçədə avtomatla silahlanmış polislər növbə çəkir. Əvvəllər belə hal olmayıb", - deyə erməni mətbuatı yazıb.
Qeyd edilib ki, bu gün 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktında öldürülən baş nazir Vazgen Sarkisyanın doğum günüdür. Bəlkə də "hazırlıqlar" bu tarixlə əlaqədardır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İrəvan