Ermənistanda yoluxma və ölüm sayı artdı

 Ermənistanda yoluxma və ölüm sayı artdı
  05 Mart 2021    Oxunub:2855
Ermənistanda son sutka ərzində daha 442 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 173 749 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3215-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 820 nəfərdir. Aktiv xəstələrin sayı 5249 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti