Millimiz Moldovaya böyük hesabla qalib gəldi

Millimiz Moldovaya böyük hesabla qalib gəldi
  05 Mart 2021    Oxunub:3994
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Azvision.az xəbər verir ki, yığmamız Moldovanı qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş millimizin 5:1 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə əldə edən Azərbaycan millisi 9 xalla liderliyini davam etdirir. Moldova 4 xalla 2-cidir.

Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.

Azvision.az


Teqlər: Milli   Futzal   Moldova  





Xəbər lenti