Türkiyədə helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı - YENİLƏNİB

  04 Mart 2021    Oxunub : 5422
 Türkiyədə helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı -  YENİLƏNİB
Türkiyədə hərbi helikopter qəzasında həlak olanların sayı artıb.

Azvision.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəzada yaralanan hərbçilərdən daha birinin həyatını xilas etmək mümkün olmayıb.
Bununla qəza nəticəsində həlak olanların sayı 11 nəfərə yüksəlib.

***
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza zamanı ağır xəsarət almış bir hərbçi dünyasını dəyişib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər hadisə yerinə gediblər.

Qeyd edək ki, hadisə Türkiyə ordusuna məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

***
(19:33)

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikopter qəzaya uğrayıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub. Qəzanın təfərrüatları məlum deyil.

Azvision.az

Teqlər: Türkiyə   Qəza