“Paşinyanla hələ razılığa gəlməmişik” - Marukyan

“Paşinyanla hələ razılığa gəlməmişik” -  Marukyan
  04 Mart 2021    Oxunub:3703
“Parlaq Ermənistan” partiyası baş nazir Nikol Paşinyanla hələ razılığa gəlməyib.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın və eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, bu gün baş nazir Nikol Paşinyanla danışıqlar aparıb, tərəflər Baş Qərargah rəisi ilə bağlı məsələni, Silahlı Qüvvələrin siyasiləşdirilməsi və bu fonda erkən seçkilərin keçirilməsi barədə danışıblar.

Marukyan bildirib ki, Baş Qərargah problemi ölkədəki böhrana əlavə olub:

“Hazırda hər hansı mövzuda razılığımız yoxdur, ancaq müzakirə edəcəyimiz və bu vəziyyətdən çıxış yollarını tapmalı olduğumuza dair bir anlayış var. Bildiyim qədəri ilə “Çiçəklənən Ermənistan” partiyasının və parlamentdəki fraksiyanın rəhbəri Qaqik Tsarukyanla da görüş olacaq, çünki yalnız bizim mövqeyimizi nəzərə alaraq prosesləri irəlilətmək, parlamenti buraxmaq mümkün deyil".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EdmonMarukyan  





Xəbər lenti