“Azərbaycan bölgədə yeni dövrün qapılarını açdı” - Ərdoğan

“Azərbaycan bölgədə yeni dövrün qapılarını açdı” -  Ərdoğan
  04 Mart 2021    Oxunub:7390
Azərbaycanın öz torpaqlarını dastan olan bir zəfərlə işğaldan azad etməsi bölgədə yeni dövrün qapılarını açdı.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında Zirvə toplantısında deyib.

Ərdoğan bildirib ki, Qarabağda güvənlik və sabitliyin olmasına, 30 illik işğalın zərərlərinin aradan qaldırmasına yardımçı olmalıyıq.

"Bu dönəmdə də təşkilat olaraq Azərbaycanın yanında olacağımıza əminəm. Ermənistanın sülh istiqamətində atacağı addımlarla bölgənin bir parçasına çevriləcəyinə inanırıq", - deyə Türkiyə lideri vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti