Rusiya XİN-də yunan səfirlə Cənubi Qafqaz müzakirəsi

  04 Mart 2021    Oxunub : 1692
Rusiya XİN-də yunan səfirlə Cənubi Qafqaz müzakirəsi
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Yunanıstanın Moskvadakı səfiri Yekaterini Nassiklə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Azvision.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş yunan diplomatın istəyi ilə baş tutub.

Tərəflər beynəlxalq və regional gündəliyin aktual məsələləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   XİN   Yunanıstan