Bakı sakinləri bir ayda ərzağa 882 milyon xərcləyib

Bakı sakinləri bir ayda ərzağa 882 milyon xərcləyib
  04 Mart 2021    Oxunub:3414
2021-ci ilin yanvar ayında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% azalaraq 1 757,4 mln. manat olub.
Azvision.az -ın məlumatına görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 882,4 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5% azalaraq 875 mln. manata bərabər olub. İstehlak məhsullarının 33,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 55,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8%-i isə paytaxtın məhsul bazarlarında satılıb.


Azvision.az


Teqlər: Bazar  





Xəbər lenti