Futbolçularımız döşəmədə yatıbmış

  27 Mart 2013    Oxunub : 543
Futbolçularımız döşəmədə yatıbmış
“Bizə səhv təyyarə göndərilmişdi“.
Millimizin baş məşqçisi Berti Foqts dünən Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan və 0:2 hesabı ilə başa çatan Azərbaycan-Portuqaliya matçından sonra Almaniyanın nüfuzlu “Bild” qəzetinə
açıqlama verib.

Foqts Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası olduqca yorğun, Azərbaycan millisi üçün ayrılan təyyarənin isə çox darısqal olduğunu söyləyib və futbolçuların normal istirahət edə bilmədiyini deyib.

Qəzetin əldə etdiyi məlumata görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Almaniyalı mütəxəssis də məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Futbolçulardan çoxu döşəmədə yatmağa məcbur oldu. Bu, qəbuledilməzdir”.

Teqlər: