Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

 Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb
  04 Mart 2021    Oxunub:3978
Ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a bildirilib ki, hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.



Azvision.az


Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti