Bir gündə 8 minə yaxın insan virusdan ölüb

 Bir gündə 8 minə yaxın insan virusdan ölüb
  04 Mart 2021    Oxunub:3002
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7807 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 114 428 211, ölənlərin sayı isə 2 543 755 nəfərə çatıb.

Ən çox yoluxma halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti