Türkiyə Çin peyvəndinin effektivlik faizini açıqladı

  03 Mart 2021    Oxunub : 1339
Türkiyə Çin peyvəndinin effektivlik faizini açıqladı
Türkiyədə Çinin “Sinovac” firmasının istehsal etdiyi koronavirus peyvəndinin effektivliyi barədə aparılan testlərin nəticəsi 83.5 faiz olub.
Azvision.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

Tədqiqatların nəticəsində peyvəndin xəstəliyin ağır şəkildə keçməsinin və ya xəstələrin tibb müəssisəsinə yerləşdirilməsinin qarşısını almaq göstəricisi 100 faiz olub.

Araşdırma Türkiyənin Hacettepe Universitetinin koordinatorluğu ilə ölkədəki 24 mərkəzdə həyata keçirilib.

Azvision.az

Teqlər: Türkiyə   Peyvənd