Azərbaycanın “ağıllı şəhər” təcrübəsi Belarusda təqdim ediləcək

Azərbaycanın “ağıllı şəhər” təcrübəsi Belarusda təqdim ediləcək
  04 Mart 2021    Oxunub:2008
Azərbaycanın “ağıllı və dayanıqlı şəhərin yaradılması” sahəsində praktiki təcrübəsi Belarusda təqdim olunacaq.
Azvision.az BELTA-ya istinadla xəbər verir ki, martın 16-dan 18-dək Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Belarusun paytaxtı Minskdə “Ağıllı davamlı şəhərlər: inkişafın təşkilati və texniki aspektləri” forumu keçiriləcək.

Forumda BTİ, dövlət qurumları, regional icraiyyə komitələri, həmçinin aparıcı elm və təhsil təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Azərbaycandan olan mütəxəssislərlə yanaşı, Rusiya və Ukraynadan olan məruzəçilər, həmçinin “Yaşıl Şəhərlər” layihəsinin (“Green Cities Project”), BMT-nin İnkişaf Proqramı və Belarusun aparıcı şirkətlərinin mütəxəssisləri tərəfindən bu mövzuda məruzələr təqdim olunacaq.

Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti