İrəvanda snayperlər xalqa tuşlandı - FOTO

  03 Mart 2021    Oxunub : 1962
 İrəvanda snayperlər xalqa tuşlandı -  FOTO
Ermənistan parlamentinin binası qarşısında “Vətənin qurtuluşu hərəkatı”nın genişmiqyaslı mitinqi keçirilir.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, ehtiyac olmadığı halda əraziyə xeyli sayda snayperlər gətirilib.

Qarabağ separatçıları liderinin keçmiş müşaviri Tiqran Abramyan məsələyə münasibət bildirərək deyib ki, ölkə qan çanağını xatırladır. O, snayperlərə müraciət edərək bildirib:

“Nədir, siz bu ölkəyə və xalqa müharibə elan etmisiniz? Nikolun simasızlığını anladıq, bəs sizə nə gəlib? Amma siz tarix dərslərini oxumadınız”.

Qeyd edək ki, mitinq ərəfəsində baş nazir Nikol Paşinyan parlamentə gələrək hökumət saatında iştirak edib.



Tural Tağıyev
Azvision.az

Teqlər: Mitinq   Ermənistan