Paşinyan “İsgəndər” barədə sualı cavablandırmadı

 Paşinyan “İsgəndər” barədə sualı cavablandırmadı
  03 Mart 2021    Oxunub:2005
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Dağlıq Qarabağ müharibəsində “İsgəndər” raketlərinin istifadəsi və effektivliyi barədə sualı cavablandırmaqdan imtina edib.
Azvision.az xəbər verir ki, baş nazirə sualı “Parlaq Ermənistan” fraksiyasının deputaı Arkadi Xaçatriyan ünvanlayıb.

Onun əvəzinə baş nazirin müavini Tiqran Avinyan danışıb. Avinyan deyib ki, baş nazirin mətbuat katibi vəziyyəti izah edib, əlavə edəcək bir şey yoxdur.

Bundan əvvəl Paşinyanın mətbuat katibi Mane Qevorkyan, baş nazirə Rusiya istehsalı olan “İsgəndər” raketlərinin Qarabağ müharibəsində istifadəsi barədə yanlış məlumat verildiyini demişdi.

Xatırladaq ki, Paşinyan gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə parlamentə gəlib. Polis parlamentin qarşısındakı küçəni bağlayıb, binaya snaypelər yerləşdirilib. Eyni zamanda hazırda Ermənistan müxalifəti də mitinq keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsgəndər  





Xəbər lenti