Ermənistanda müxalifətin mitinqi başa çatıb - YENİLƏNİB

  03 Mart 2021    Oxunub : 2688
 Ermənistanda müxalifətin mitinqi başa çatıb -  YENİLƏNİB
İrəvanın Baqramyan prospektində, parlament binası qarşısında müxalifətin baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirdiyi etiraz aksiyası başa çatıb.
Azvision.az xəbər verir ki, növbəti aksiya martın 6-na təyin olunub.

Bugünkü mitinqdə 7 minədək insanın iştirak etdiyi bildirilir.

***
Ermənistan parlamentinin binası qarşısında “Vətənin qurtuluşu hərəkatı”nın təşkil etdiyi genişmiqyaslı mitinq başlayıb.

Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, bu gün baş nazir Nikol Paşinyanın parlamentə gələcəyi və hökumət saatında iştirak edəcəyi gözlənilir

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan