Çavuşoğlu: “Azərbaycanın təklifini dəstəkləyirik”

  03 Mart 2021    Oxunub : 2929
  Çavuşoğlu:  “Azərbaycanın təklifini dəstəkləyirik”
Bölgədəki ortaq strateji layihələr, xüsusilə Qarabağda atəşkəsdən sonra bölgənin sabitliyi məsələlərini həmkarımla müzakirə etdik.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Azərbaycanın bölgədə 3+3 formatında əməkdaşlıq təklifi müzakirə olunub, Türkiyə bunu dəstəkləyir:

"Bizim, Gürcüstanın da içində olduğu bölgədə əməkdaşlığımız artaraq davam edəcək. Üçtərəfli mexanizmə önəm verirk. Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin təxirə salınan üçtərəfli tədbiri ən qısa vaxtda baş tutacaq.

TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələrinin gücləndirilməsini də müzakirə etdik. Bu məsələlərdə 3 ölkə deyil, bölgədəki digər ölkələrin də iştirakı diqqətdə oldu".

Çavuşoğlu, həmçinin əlavə edib, Ankara ölkələrin ərazi bütövlüyünə və suverenliyinə önəm verir: "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimiz kimi, Gürcüstanın da ərazi bütövlüyünə güclü dəstək veririk".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çavuşoğlu